“Danışaq?” layihəsinin qonağı Nigar Köçərli: “Azərbaycanda kitabları daha çox ana dilində oxuyurlar”

“Danışaq?” layihəsinin qonağı Nigar Köçərli: “Azərbaycanda kitabları daha çox ana dilində oxuyurlar” “Bu gün Azərbaycanda daha çox gənc kitabları ana dilində oxuyur”.
Multimedia
8 Sentyabr , 2023 17:23
“Danışaq?” layihəsinin qonağı Nigar Köçərli: “Azərbaycanda kitabları daha çox ana dilində oxuyurlar”

“Bu gün Azərbaycanda gənclər kitabları daha çox ana dilində oxuyurlar”.

“Report” xəbər verir ki, bunu “Əli və Nino” kitab mağazaları şəbəkəsi və nəşriyyatının baş direktoru, eyni zamanda sahibi Nigar Köçərli tanınmış jurnalist Həmid Həmidovun “Danışaq?” layihəsinin yeni buraxılışında deyib.

“Əsasən gənclər oxuyur və mən buna çox sevinirəm. Bizim əsas auditoriyamız 18-25 yaşlı gənclərdir”, - o qeyd edib.

Onun sözlərinə görə, oxucuların Azərbaycan dilində olan kitablara marağı artır: “Azərbaycan dilində olan kitabları daha çox oxuyurlar. Yeri gəlmişkən, onlar Azərbaycan dilində ciddi ədəbiyyat oxuyurlar”.

N.Köçərli qeyd edib ki, bu gün dünyada motivasiya ədəbiyyatına daha çox, bədii ədəbiyyata daha az diqqət yetirilir: “Mütaliə melanxoliya, depressiya və bir çox mənfi amillərlə mübarizə aparmağa kömək edir”.

Müsahibə zamanı o, kağız və elektron kitabların ayrı-ayrı üstünlükləri, Azərbaycanda kitabların orta tirajı, ölkəmizdə oxucu kütləsinin necə dəyişdiyi və s. haqqında da danışıb.

Son xəbərlər

Orphus sistemi