Bakı. 24 İyun. REPORT.AZ/ Azərbaycanın çimərlik futbolu üzrə yığma komandası "
"Report"un məlumatına görə, təşkilatçı ölkə millisi qrup mərhələsindəki ilk tur qarşılaşmasında Ukraynaya uduzub - 1:3.
Meydan sahiblərindən yeganə qolu Sabir Allahquliyev vurub. Qonaq komandanın heyətində ilk qola Oleq Zborobski imza atıb. Aleksandr Kornilçuk isə "dubl" edib. "A" qrupundakı ilk turun digər görüşündə Portuqaliya İsveçrəni yenib - 6:5.
Qeyd edək ki, Azərbaycan millisi 2-ci turda İsveçrəni, Ukrayna isə Portuqaliyanı sınağa çəkəcək.










