Çəkməçi: “Qazancımdan razıyam”

Çəkməçi: “Qazancımdan razıyam” Çəkməçi: “Qazandığım hər şeyə işim sayəsində nail olmuşam”
Multimedia
400
26 Noyabr , 2022 12:45
Çəkməçi: “Qazancımdan razıyam”

26 noyabr Beynəlxalq Çəkməçilər Günüdür.

“Report” bu münasibətlə 40 ilə yaxındır bu işlə məşğul olan çəkməçi Ənnağı Zeynalovla həmsöhbət olub.

Ə.Zeynalov deyir ki, yaradıcılığa meyli, peşəyə olan sevgisi onu bu sahəyə gətirib: “Hər zaman istəmişəm ki, hamının bacarmadığı bir işlə məşğul olum. Mənim əmim də çəkməçi idi. Bu peşəyə həvəsim də ordan yaranıb. Yeddinci sinifdə oxuduğum vaxtdan çəkməçiliyi öyrəndim. 1996-cı ildə Bakıya gəldim və burda işləməyə başladım”.

O söyləyib ki, ailəsini çəkməçiliklə dolandırır və qazancından razıdır. Ə.Zeynalov bildirib ki, həmin qazancla övladlarını oxudub, onlara təhsil verib.

“Bu işdə özümü çox rahat hiss edirəm. Zamanın tələbinə uyğun olaraq işimdə yeniliklər də etməyə və insanların gördüyüm işdən razı qalmasına çalışıram. Şükür Allaha, hələ ki, narazı olan da olmayıb”, - çəkməçi əlavə edib.

Video: Vüqar Xanlarov

Montaj: Məhəmməd Ağayev

Daha ətraflı videomaterialda:

Son xəbərlər

Orphus sistemi