Çəkməçi: “Kasıbın nə işi var burada, gələnlər varlılardır”

Çəkməçi: “Kasıbın nə işi var burada, gələnlər varlılardır” Çəkməçi:“Kasıbın nə işi var burda, gələnlər varlılardır”
Multimedia
566
26 Noyabr , 2021 19:30
Çəkməçi: “Kasıbın nə işi var burada, gələnlər varlılardır”

Nizaməddin Abdullayev çəkməçidir. 1993-cü ildən bugünədək bu işlə məşğul olur. Əvvəl dərman zavodunda çalışan Nizaməddin Abdullayevin bu işə olan sevgisi onu çəkməçi olmağa vadar edib.

N.Abdullayev deyir ki, ayaqqabı təmiri üçün daha çox varlı təbəqənin nümayəndələri müraciət edir:

“Ona görə ki, məsələn, hansısa ayaqqabını 500 manata alırlar, sonra bir hissəsi söküləndə o qədər pul verdiyi üçün çəkmələri atmırlar, təmir etdirirlər. Yerdə qalanlar isə 15-20 manata olan ayaqqabıları alır, söküləndə isə atırlar”.

Nizaməddin Abdullayev
Nizaməddin Abdullayev

O bildirir ki, çəkməçi olmaq üçün mütləq bu işi sevməli, səbr etməli və insanlara xoş münasibət göstərməlisən:

“İnsanlarla xoş davranmaq, işini keyfiyyətli görmək vacibdir. Əgər mən gülərüz olmasam və işimi keyfiyyətli görməsəm, heç kəs məndən ayaqqabılarını təmir etməyimi istəməz”.

Çəkməçi gənclərdə bu peşəyə o qədər də marağın olmadığını deyir:

“İndiki gənclərdə maraq puladır, iş görmək istəmirlər. Gələnlərin çoxunu yalnız nə qədər qazanacaqları maraqlandırır. Amma inandırım sizi, bu işi görmək üçün sadəcə sevgi lazımdır. Bu işə sevgi ilə yanaşandan sonra yaxşı gəlir qazanmaq da mümkündür”.

"Report" çəkməçi Nizaməddin Abdullayevlə olan müsahibəni təqdim edir.

Qeyd edək ki, 26 noyabr Beynəlxalq çəkməçilər günüdür.

Operator:Vüqar Xanlarov

Montaj:Məhəmməd Ağayev

Son xəbərlər

Orphus sistemi