Vətən savaşının qəhrəmanlarından biri də Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı, şəhid Nurlan Mustafayevdir.
1990-cı il iyulun 22-də Sumqayıt şəhərində dünyaya göz açan Nurlan Hamlet oğlu Mustafayev 8-ci sinfi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub.
Ali hərbi təhsilini Almaniyada alıb. Təhsil müddətində “Ən yaxşı əcnəbi kursant”, “Atıcılıq üzrə qızıl medal” və bu kimi bir çox nailiyyət qazanıb. 4 əcnəbi dili mənimsəyən Nurlan xarici ölkələrdə ölkəmizi uğurla təmsil edir, Vətənə geri döndükdən sonra Xüsusi Təyinatlı Qüvvələrə qəbul edilir, dağ kəşfiyyatçısı kimi çalışır.
2018-ci ildə Türkiyənin İzmir şəhərində keçirilən “EFES-2018” təlimində 23 ölkə arasında Nurlanın da üzv olduğu Azərbaycan xüsusi təyinatlıları birincilik qazanırlar.
Vətən savaşının ilk günü - sentyabrın 27-dən müharibədə iştirak edən Nurlan Mustafayev oktyabrın 11-də Hadrut döyüşləri zamanı şəhid olub.
“Report” şəhid N. Mustafayev haqqında süjeti təqdim edir:
Gülər Seymurqızı