Bakının bu qəsəbəsi turizm məkanına çevriləcək- VİDEO

Bakının bu qəsəbəsi turizm məkanına çevriləcək- VİDEO Bu qəsəbə mahiyyətcə qədim, formaca yeni simasını qazanacaq
Multimedia
1972
20 Aprel , 2021 09:45
Bakının bu qəsəbəsi turizm məkanına çevriləcək- VİDEO

Pirşağı Bakının ən qədim kəndlərindən sayılır. Qəsəbə Xəzər dənizinin sahilində yerləşir və öz çimərliyi ilə məşhurdur.

Artıq bu qəsəbə mahiyyətcə qədim, formaca yeni simasını qazanacaq.

Aprelin 16-da Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Yeni siması ilə post-pandemiya dövründə cəlbedici turizm məkanlarından birinə çevrilməyi hədəfləyən Pirşağıda tələbata uyğun məhsulların istehsalı da istisna edilmir.

Memar Elçin Əliyev "Report"a bildirib ki, əvvəlcə küçələrdə sovet dövründən qalma kanalizasiya xətlərinin çəkilməsi, işıq dirəklərinin dəyişdirilməsi işləri gedir. Daha sonra isə binaların xarici görünüşünün dəyişdirilməsi, tarixi abidələrin bərpası və aşkarlanması əsas məqsədlərdəndir.

“Report” Pirşağıdan hazırladığı videoreportajı təqdim edir:

FOTO/VİDEO : Ehtiram Cəbi

Son xəbərlər

Orphus sistemi