Bərdədə məcburi köçkünlərin yaşadığı 4 ev yanıb, 2 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB

Bərdədə məcburi köçkünlərin yaşadığı 4 ev yanıb, 2 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB Bərdə rayonunda köçkünlərin məskunlaşdığı bina yanıb.
Multimedia
25 İyul , 2019 13:45
Bərdədə məcburi köçkünlərin yaşadığı 4 ev yanıb, 2 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB

Bərdə rayonunda köçkünlərin məskunlaşdığı bina yanıb.

"Report" un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə rayonun Qırmızı Samux qəsəbəsində baş verib. 

Belə ki, Laçın, Ağdam və Kəlbəcər rayonundan olan məcburi köçkünlər - İsmayıl Həşimov, Emin Quliyev, Kamil Hüseynov və Səddam Hüseynova məxsus mənzillər yanıb. 

Yanğının elektrik naqillərində qısa qapanma səbəbi ilə E.Quliyevə məxsus mənzildə baş verib.

Hadisə zamanı 2 nəfərin - Şəmirxan Sarıyevin və Emin Quliyevin xəsarət aldığı bildirlir. Hadisə zamanı məcburi köçkün ailələrinə xeyli ziyan dəyib. 


*** 13:45

Bərdə rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Qırmızı Samux qəsəbəsində baş verib.

Belə ki, ümumi sahəsi 270 m² olan tikilinin (məcburi köçkünlər məskunlaşıb) dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və ümumi sahəsi 70 m² olan evin mətbəxinın tavanı və içərisindəki əşyalar 12 m² sahədə yanıb. 

Yanğın zamanı 1 nəfər xəsarət alıb. 

Tikilinin və evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi