Bədəvilər - səhra köçəriləri - FOTOREPORTAJ

Bədəvilər - səhra köçəriləri - FOTOREPORTAJ Artıq neçə minilliklərdir bədəvilər səhranı öz evi hesab edərək bir oazisdən başqasına köçürlər
Multimedia
25 Aprel , 2016 16:55
Bədəvilər - səhra köçəriləri - FOTOREPORTAJ

Şarm əş-Şeyx. 25 aprel. REPORT.AZ/ Qumdan başqa heç nəyin olmadığı səhrada uzun müddət yaşamağın mümkün olduğuna inanmaq çətindir. Amma elə insanlar var ki, sanki təbiətə çağırış edərək neçə minilliklərdir səhranı öz evi hesab edir. Onlar bədəvilərdir - sanki qərarsız olan, həyatı boyu səhranın bir oazisindən başqasına köç edən və sahib olduqları çox az şeyin dəyərini bilən insanlardır. "Report" bədəvilərin Misirdəki həyatından fotoreportajı sizə təqdim edir:

Ərəb dilində "bədəvi" sözününü mənası "səhranın köçəriləri" deməkdir.

Müasir dünyada həyatın bəzən saniyəsinə qədər əvvəlcədən düşünüldüyü halda, bütün bu dövrlər ərzində bədəvilərin ənənələri dəyişməyib. Bədəvilər əvvəllər olduğu kimi, yenə ailənin ən hörmətli və varlı şəxsinin - şeyxin idarə etdiyi kiçik klanlar şəklində açıq səma altında yaşayır. Bədəvinin evi hər bir ailə üzvünün öz küncünün olduğu açıq sahədir. Bu cür özünəməxsus evin ortasında ocaq qalanır və soyuq səhra gecələrində donmamaq üçün bütün gecə boyu yanır. Bədəvi ailəsində olarkən ailə başçısından həyat yoldaşı barədə soruşmaq və xüsusən də ona baxmaq "ocaq" sahibinə hörmətsizlik hesab olunur.

Əvvəllər bədəvi ailələrində nadir hallarda üçdən az uşaq olardı. Amma müasir həyat onlardan da yan keçməyib. Bu gün bədəvilər arasında çoxuşaqlı ailələrin sayı getdikcə azalır. Amma bu məqama və bədəvilər arasında oturaq həyatın artmasına baxmayaraq, onların sayı azalmır. Bu gün dünyada 21 milyona yaxın bədəvi var. Onlar əsasən Sudan, Əlcəzair, Misir və Səudiyyə Ərəbistanında yaşayır. İsraildə də bədəvilər var.

Bu gün bədəvilər ətrafdakı insanlardan özlərini ayırmağa cəhd etmir, bu, heç mümkün də deyil. Dünyanın müxtəlif ölkələrindən olan turistlər onların həyat tərzi ilə yaxından maraqlanır, bədəvilər də buna tez adaptasiya olur. Rus, ingilis, fransız, ispan və hətta Çin dillərində fikirlərini sərbəst şəkildə çatdıran bədəvi görsəniz, təəccüblənməyin. Pul səhrada da mane törətməz. Bunu başa düşən bədəvilər öz mədəniyyətlərini, məişətini və yeməklərini təqdim etməklə özünəməxsus minibiznes qurublar.

Yeri gəlmişkən, bədəvilərdə klanlar arasında ünsiyyət forması çox maraqlıdır. Əgər kimsə kiməsə nəsə məlumat çatdırmaq istəyirsə, dağ sıralarına tərəf dayanıb uca və səlis səslə qışqırmaq kifayət edər. Çünki səsin əks-sədası bu "mesajı" bir neçə kilometr məsafəyə aparıb çıxara bilir.

Bədəvilərin mətbəxi zəngin deyil. Səhrada Finikiya palmasından başqa, heç nə əkib-becərməyin mümkün olmadığını nəzərə alanda bu "kasıblığı" anlamaq çətin olmur. Finikiya palmasının tərkibi şirin fətir, falafel (noxud topları) və isti səhra günlərində çox sərinləşdirici içki olan nanəli çaydan ibarətdir.

Ümumilikdə bədəvilər çox mehriban və qonaqpərvər insanlardır. Axı səhrada qonaq görmək çox nadir hadisədir. Onların həyat tərzi və ənənələrinə hörmətlə yanaşın və siz ömür boyu bədəvinin yaxşı dostu olacaqsınız.

Son xəbərlər

Orphus sistemi