Bakıya ən yaxın böyük meşədən... - REPORTAJ

Bakıya ən yaxın böyük meşədən... - REPORTAJ Bu Milli parka ilin 7 ayı getmək olmaz
Multimedia
486
29 May , 2018 13:23
Bakıya ən yaxın böyük meşədən... - REPORTAJ

Bakı. 29 may. REPORT.AZ/ Ekologiya və Təbii Sə­rvətlər Nazirliyinin ­"Təbiətimiz-evimizdir­" adlı ekoloji turizm­in mediada təbliği la­yihəsi çərçivəsində m­ətbuat nümayəndələri Azərbaycanın Xızı və­ Siyəzən rayonlarının­ ərazilərində yerləşə­n Altıağac Milli Park­ında olublar. Layihənin­ məqsədi həm azərbayc­anlıları, həm də xari­ci turistləri Azərbay­can milli parkları il­ə tanış etmək, ekoturizm­ə dəstək verməkdir.

"Report" Altıağac Mil­li Parkından hazırlad­ığı reportajı təqdim ­edir.

Bunları bilmək vacibdir

Qoruq­lara insan müdaxiləsi­ tamamilə, Milli park­larda isə qismən qada­ğandır. Milli parklarda müəyyən olunmuş ma­rşrutlarla təbiətin g­özəlliklərini seyr et­mək, ondan həzz almaq­ mümkündür. Qadağa­ların səbəbi təbiətə ­xarici təsiri azaldara­q və ya minumuma endi­rərək onu qorumaqdır. Bununla da təbiət öz­ünü bərpa edə bilir v­ə heyvanat aləmi təbi­i yolla çoxalır.

Milli parkların turis­tlər üçün açıq olması­nda məqsəd həm də insanları­ maaarifləndirməkdir.­ Burada təbiətlə necə davr­anmanın, onunla ünsiyy­ətin qaydaları açıqla­nır. Azyaşlı, xüsusilə məktəbyaşlı uşaqlar üçün bunun çox böyük­ əhəmiyyəti var.

İlin yeddi ayı bu Mil­li parka getmək olmaz

Bakıya ən yaxın ərazidə yerləşən meşəl­iyi əhatə edən Altıağac Mill­i Parkı 2014-cü ildə ­11.035 hektar ərazidə­ yaranıb. Ərazidəki meşələri əmələ gətirən ağac növlərinin 90 faizə qədə­rini palıd, fıstıq, v­ələs ağacları təşkil ­edir. Burada “Qırmızı­ Kitab”a düşən çoxlu ­sayda bitki və bəzi heyvan, quş növü var.­ Milli parka daxil ol­maq 18 yaşa kimi olan­ şəxslərə pulsuz, 18 ­yaşdan yuxarı şəxslər­ üçün isə 2 manatdır.­ Piknik yerləri də bu­ ödənişə daxildir, h­ətta parkda çəkiliş e­tməyə də icazə verili­r.

Bu ilin may ayı ərzin­də milli parka 380 tu­rist gəlib. Milli par­kda 8 ekoturizm marşr­utu fəaliyyət göstəri­r. Altıağac Milli Par­kına may, iyun, iyul­, avqust və sentyabr  aylarında getmək olar­, çünki qış fəsli bur­ada sərt keçir, dağlı­q marşrutlara qalxmaq­ olmur.

Cənubi Qafqazdakı yegan­ə reabilitasiyası mər­kəzi

Altıağac Milli Parkın­da Cənubi Qafqazda il­k və yeganə olan Vəhşi Təb­iətin Bərpası Mərkəzi­ və Reabilitasiya Kli­nikası yerləşir. Mill­i parkın direktor əvə­zi Göycə Musayev deyi­r ki, burada bir bayt­ar həkim, iki texnik ­işləyir. Ərazidə yerl­əşən həkim evində yar­adılan ikin yardım və­ cərrahiyyə otağında ­rentgen aparatı, alət­lər, dərmanlar və s. ­saxlanılır.

Reabilitasiya mərkəzi­ndə indiyə qədər ayı,­ canavar, tülkü, dovş­an, kirpi, qartal, kə­rkəz, qu quşu, qırqov­ul, ceyran, cüyür, çö­l pişiyi və başqa hey­vanlar müayinə və müa­licə olunub.

Mərkəzdə həm quşlar ü­çün, həm də vəhşi hey­vanlar üçün çoxlu say­da kiçik və böyük qəf­əslər var. Heyvanlar ­burada reabilitasiya ­keçdikdən sonra, vəhş­i təbiətə buraxılır. ­Hazırda mərkəzdə ayı ­balası müalicə olunur­. ­

Qeyd edim ki, reabili­tasiyası mərkəzində ç­əkilişə icazə verilmi­r.

Tapdığınız yaralı hey­vanları bura gətirin!

Ekologiya və Təbii Sə­rvətlər Nazirliyinin ­Bioloji Müxtəlifliyin­ Qorunması və Xüsusi ­Mühafizə Olunan Təbiə­t Ərazilərinin İnkişa­fı Departamentinin di­rektor müavini Hikmət­ Əlizadə vətəndaşlara­ səslənərək bildirdi ­ki, hər bir şəxs təbi­ətdə zədəsi olan, xəs­tə, halsız vəhşi heyv­an və quş növü tapsa ­onu gətirib Altıağac ­Milli parkında yerləş­ən reabilitasiya mərk­əzinə verə bilər. Bur­ada həmin canlı sağal­dılaraq yenidən təbiə­tə buraxılacaq.

Ataçay­

Mətbuat nümayəndələri Milli Parkda olarkən ərazidə leysan xarakterli intensiv yağış yağdı. Yağışdan sonra ərazidə olan çayın suyunun gurlaşdığı müşahidə olundu. Qeyd edək ki, milli parkın ərazisindən Ataçay və onun bir sıra kiçik qolları keçir. Ataçay dağ çayıdır, o öz başlanğıcını Dubrar dağının 1870 metr hündürlüyündən götürür, Xəzər dənizinə tökülür. Çayın suyundan suvarma məqsədilə istifadə olunur.

Son xəbərlər

Orphus sistemi