“Ötən əsrin 20-30-cu illərinə məxsus memarlıq Bakının vizit kartıdır. Bu hamam çox məşhur hamamdır. Konstruktivizm dövrünə aid olan memarlıqdır. Belə abidələri heç vaxt sökməməliyik”.
Bunu “Report”a Bakıda “Drujba” kinoteatrının yaxınlığında baxımsız vəziyyətdə olan hamamla bağlı vəziyyəti şərh edən memar Elçin Əliyev deyib.
Qeyd edək ki, 21 nömrəli hamam 20-ci əsrin 20-30-cu illərində sadə insanların istifadəsi üçün inşa edilib. Su qıtlığından əziyyət çəkən Bakı sakinləri, həmçinin yaxınlıqda yerləşən hərbi hissədən əsgərlər də bura gələrmişlər. Hamamın daha çox məşhurlaşdığı dövr ötən əsrin 90-cı illəri olub. Su problemi həllini tapdıqdan, köhnə evlərin yerinə müasir binalar salındıqdan sonra hamama ehtiyac qalmayıb, bina tədricən aşılanıb.
21 nömrəli hamamla bağlı video və fotoreportajı təqdim edirik:
Foto- video: Ehtiram Cəbi