Yuxarı

Bakının mərkəzi prospektlərindən birində yeni qadağanedici nişan quraşdırılıb - VİDEO

DYP: Üç gün ərzində həmin ərazilərdə sürücülərə protokollar tətbiq edilməyəcək

DYP: Üç gün ərzində həmin ərazilərdə sürücülərə protokollar tətbiq edilməyəcək

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bakının Neftçilər prospekti ilə Azadlıq prospektinin kəsişməsində Azadlıq prospekti istiqamətinə dönməyi qadağan edən yeni yol hərəkəti nişanı quraşdırılıb. Lakin bu istiqamətdə dönməyə icazə verən hərəkətverici yol nişanı xətləri silinməyib. "Report"un xəbərinə görə, hazırda sürücülər əvvəlki qaydada sola dönmə əməliyyatını həyata keçirir və Azadlıq prospekti ilə hərəkətə başlayanda "giriş qadağandır" işarəsini görür. Həmin nişanı görən sürücələrin bəziləri geri qayıdır, digər qismi isə yoluna davam edir.

Ərazidə xidmət aparan Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) baş inspektoru, polis baş leytenantı Hüseyn Əliyev "Report"a bildirib ki, sola dönməyi qadağan edən nişan bu gün quraşdırılıb və üç gün müddətində qaydanı pozan sürücülərə qarşı protokol tərtib edilməyəcək: "Sadəcə olaraq, sürücülərin məlumatlandırılması üçün ərazidə ximət aparırıq. Sürücülərə məlumat verilir ki, üç gündən sonra burada qaydanı pozanlara qarşı protokol yazılacaq və cərimələr tətbiq olunacaq".

Baş inspektor qadağanın tətbiq olunamasının vacib olduğunu deyib: "Gün ərzində burada 7-8 avtoqəza qeydə alınırdı. Amma son baş verən qəzada insan ölümü, xüsusilə uşaq ölümü qeydə alındı. Buna görə də Azadlıq istiqamətinə dönmək qadağan olunub. Məqsəd isə baş verən yol qəza hadisələrinin sayını minumuma endirməkdir. Təbii ki, buaradan sola dönmə qadağan olunandan sonra bu ərazidə avtoqəza da baş verməyəcək".



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi