Bakıdakı it sığınacağından - VİDEOREPORTAJ

Bakıdakı it sığınacağından - VİDEOREPORTAJ Bakı. 20 noyabr. REPORT.AZ/ Bakının Mərdəkan qəsəbəsində sahibsiz itlər üçün yaradılan Good World sığınacağının məqsədi atılmış, yaralı və küçə itlərinin qorunması və yeni ailələrə verilməsidir.
Multimedia
20 Noyabr , 2018 10:24
Bakıdakı it sığınacağından - VİDEOREPORTAJ
Report

Bakı. 20 noyabr. REPORT.AZ/ Bakının Mərdəkan qəsəbəsində sahibsiz itlər üçün yaradılan Good World sığınacağının məqsədi atılmış, yaralı və küçə itlərinin qorunması və yeni ailələrə verilməsidir.

“Report”un əməkdaşları sığınacağı ziyarət edərək buradakı vəziyyətlə tanış olublar.

Sığınacağın yaradıcısı və rəhbəri Fərid Mansurovun sözlərinə görə, burada 300-ə qədər it saxlanılır. Onlardan bəziləri yaralanıb, bəziləri isə sahibləri tərəfindən atılıb.

Sığınacaqda üç nəfər işləyir. Bununla yanaşı, könüllülər də tez-tez buranı ziyarət edərək yardım göstərirlər. İtlərin qidalanması və müalicəsi vətəndaşların etdikləri ianələr hesabına başa gəlir. Onlara toyuq və heyvan ətləri verilir.

F.Mansurov bildirib ki, itlərin bir çoxunu xaricdə yaşayan insanlar götürürlər: "Bəziləri isə iti götürüb bir müddət baxdıqdan sonra küçəyə atıb, yaxud da yenidən sığınacağa geri qaytarıblar. Bu kimi halların qarşısını almaq üçün artıq bu prosesi monitorinq yolu ilə həyata keçiririk".

Video: Rəşad Tuncay

Son xəbərlər

Orphus sistemi