Bakı. 6 mart. REPORT.AZ/ Bakının Nərimanov rayonunda Ağdam rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı binada baş verən yanğın nəticəsində 2 nəfər ölüb, 6 nəfər tüstüdən zəhərlənib.
"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, bu gün Baş nazirin müavini
Hökumət rəsmiləri ölənlərin ailəsinə başsağlığı verib. Yas mərasiminin xərclərini isə Dövlət Komitəsi öz üzərinə götürüb.
Bildirilib ki, həmin ailə bu gündən Nərimanov RİH tərəfindən kirayələnmiş 3 otaqlı mənzildə yerləşdirilib.
Binada təhlükəli şəraitdə olan mənzillərin sakinlərinin siyahıya alınması prosesi həyata keçirilib. Gün ərzində təhlükə ilə üzləşən mənzillər siyahıya alındıqdan sonra həmin evlərin sakinləri kirayə evlərlə təmin olunacaq.
Yanğın nəticəsində binanın 3-cü mərtəbəsində, ümumilikdə, 25 mənzilə ziyan dəyib. Bəzi mənzillərə ciddi ziyan dəyməsə də, məişət əşyaları yararsız hala düşüb. Bundan sonra, Dövlət Komitəsinin əməkdaşları 5 mərtəbəli binanın mənzillərinə baxış keçirib. Mənzillərdə yaşayan sakinlərin qeydiyyatı aparılıb.
R.Rzayev “Report”a açıqlamasında bildirib ki, məskunlaşdıqları mənzilləri yararsız vəziyyətə düşən ailələr bir ay müddətində kirayə evlərlə təmin olunacaq və binada təmir-bərpa işləri həyata keçiriləcək. May ayına qədər həmin ailələrin məcburi köçkünlər üçün nəzərdə tutulmuş qəsəbələrin birində inşa olunacaq müasir evlərlə təmin ediləcəyi gözlənilir.
Qeyd edək ki, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin balansında olan, hazırda Ağdam rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində 1942-ci il təvəllüdlü Səriyə Hacıyevaya məxsus, ümumi sahəsi 20 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ümumi dəhlizə yığılmış ev əşyaları 5 m² sahədə, 1 ədəd plastik pəncərə çərçivəsi və 50 p.m elektrik kabelləri yanıb.
Yanğın nəticəsində 1953-cü il təvəllüdlü Əliyeva Eliza İdris qızı və 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu ölüb. 6 nəfər isə tüstüdən zəhərlənib. Daha 42 nəfər bina sakini təxliyyə olunub.
Fotolar: Firi Salim