Bakıda XXI Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - FOTOREPORTAJ

Bakıda XXI Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - FOTOREPORTAJ Kənd Təsərrüfatı Nazirliyi sərgiyə dəstək göstərir
Multimedia
657
21 May , 2015 15:50
Bakıda XXI Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - FOTOREPORTAJ

Bakı. 21 may. REPORT.AZ/ Bu gün Bakıda XXI Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (World Food Azerbaijan-2015) işə başlayıb. Hər il keçirilən sərgidə həm Azərbaycan, həm də dünya ərzaq bazarının aparıcı qida məhsulları istehsalçıları, distribyutorları və təchizatçıları iştirak edirlər. Bu il sərgi iştirakçılarının ümumi sayı 250 şirkətdən çoxdur.

Sərginin ənənəvi bölmələrində balıq, mal, qoyun, quş əti, konservləşdirilmiş süd məhsulları, baqqaliyyə və qənnadı məmulatları, soyuducu sistemlər, içkilər və bir çox digər məhsullar təqdim olunub. Sərgidə çörəkxanalar üçün avadanlıq və qablaşdırma avadanlıqlarını da görmək mümkündür.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi sərgiyə dəstək göstərir. Sərginin təşkilatçıları qismində isə "Iteca Caspian" və "ITE Group" şirkətləri çıxış edir.

"Report" sərgidən hazırladığı fotoreportajı təqdim edir.

Son xəbərlər

Orphus sistemi