Bakıda qurbanlıq heyvanların satış yarmarkaları - FOTOREPORTAJ

Bakıda qurbanlıq heyvanların satış yarmarkaları - FOTOREPORTAJ Bakı. 22 avqust. REPORT.AZ/ Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. Bayram ilə əlaqədar bugündən başlayaraq 3 gün ərzində Bakıda və bölgələrdə iri və xırdabuynuzlu heyvanların satış yarmarkaları fəaliyyət göstərəcək.
Multimedia
22 Avqust , 2018 12:51
Bakıda qurbanlıq heyvanların satış yarmarkaları  - FOTOREPORTAJ
Report

Bakı. 22 avqust. REPORT.AZ/ Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. Bayram ilə əlaqədar bugündən başlayaraq 3 gün ərzində Bakıda və bölgələrdə iri və xırdabuynuzlu heyvanların satış yarmarkaları fəaliyyət göstərəcək.

"Report" xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) təşkil etdiyi satış yarmarkarlarına, təxminən, 35 min başa yaxın heyvan çıxarılıb. Yarmarkalar Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi məntəqələrdə, yəni Bakı şəhərinin 32 nöqtəsində, həmçinin Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay və İsmayıllıda keçirilir.

"Report" Bakıda təşkil olunan satış yarmarkasından reportaj təqdim edir.

Foto: Nicat Əlili

Son xəbərlər

Orphus sistemi