Bakıda polis reyd keçirib, cərimələnənlər var

Bakıda polis reyd keçirib, cərimələnənlər var COVID-19 infeksiyasının daha da geniş yayılmasının qarşısını almaq məqsədi ilə Suraxanı Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları rayon ərazisində nəzarət profilaktiki tədbir keçirilib.
Multimedia
14 Fevral , 2022 16:51
Bakıda polis reyd keçirib, cərimələnənlər var

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində COVID-19 infeksiyasının daha da geniş yayılmasının qarşısını almaq məqsədi ilə nəzarət profilaktiki tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev “Report”a açıqlamasında bildirib ki, vətəndaşlar tərəfindən qayda pozuntuları əsasən, ictimai nəqliyyatda tibbi maskadan düzgün istifadə edilməməsi ilə bağlıdır.

O deyib ki, taksi fəaliyyəti ilə məşğul olan şəxslər arasında da karantin rejiminə uyğun olaraq profilaktiki söhbətlər aparılıb: "Bu qaydalara etinadsız yanaşan şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub".

"Bir daha vətəndaşlarımızı COVID-19 infeksiyası ilə bağlı Nazirlər Kabinetinin qaydalarına riayət etməyə çağırırıq", - DİN rəsmisi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi