Bakıda müqəddəs Endryu günü qeyd olunub

Bakıda müqəddəs Endryu günü qeyd olunub İçərişəhərdə Şotlandiya volınkaçılarının paradı baş tutub
Multimedia
29 Noyabr , 2014 15:42
Bakıda müqəddəs Endryu günü qeyd olunub

Bakı. 29 noyabr. REPORT.AZ / İçərişəhərdə Bakı Kaledoniya Cəmiyyətinin Müqəddəs Endryu günü münasibətilə təşkil etdiyi bayram tədbirlərinin bir hissəsi kimi milli geyimdə olan Şotlandiya volınkaçılarının paradı baş tutub. "Report" xəbər verir ki, şotland volınkaçı və təbilçilərinin "The Vale of Athol pipe and Drum Band" paradı Qoşa Qala Qapısının qarşısındakı əsas meydanda musiqi sədaları altında başlayıb. Daha sonra musiqiçilər Endryu gününün mədəniyyətlərarası xarakterini təcəssüm etdirmək üçün İçərişəhərin küçələrindən keçiblər. 

Volınkaçıların paradı Qız Qalası yaxınlığında yekunlaşıb. 

Qeyd edək ki, şotlandiyalılar Müqəddəs Endryunu Şotlandiyanın himayəçisi hesab edirlər və hər il noyabr ayında onun şərəfinə tədbirlər təşkil edirlər.  

Son xəbərlər

Orphus sistemi