Yuxarı

Bakıda klassik avtomobillərin yürüşü və sərgisi təşkil olunub - FOTOREPORTAJ

Bakıda klassik avtomobillərin yürüşü və sərgisi təşkil olunub - FOTOREPORTAJ
Yürüşdə 1980-ci ilədək istehsal olunmuş 100-dən çox avtomobil iştirak edib

Bakı. 26 avqust. REPORT.AZ/ Avqustun 26-da Bakıda klassik avtomobillərin yürüşü və sərgisi keçirilib.

“Report” xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçirilən yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb.

Yürüşdə 1980-ci ilədək istehsal olunmuş 100-dən çox avtomobil iştirak edib. Onların əksəriyyəti yürüş üçün qeydiyyatdan keçmiş şəxsi avtomobillər olub. Tədbirdə Heydər Əliyev Mərkəzində nümayiş etdirilən klassik avtomobil sərgisinin eksponatları olan nəqliyyat vasitələri də iştirak edib.

Avtomobillər şəhərin mərkəzi küçələri ilə yürüşdən sonra Mərkəzin parkında nümayiş olunub.

Yürüş-sərgidə “Ford Model A” (1930), “QAZ M 20 Pobeda” (1958), “Mercedes Benz SL 190” (1962), “Ford Mustang” (1966), “Volvo 13134” (1966), “VAZ 21011” – milis (1973), “BMW 3.0 CS Coupe (1974), “Qaz 13”- Çayka (1975) və digər unikal avtomobil modelləri təqdim olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi