Bakıda "Gənclər Festivalı" keçirilib - FOTO

Bakıda "Gənclər Festivalı" keçirilib - FOTO Festival zamanı arenanın ətrafında müxtəlif əyləncə tədbirləri təşkil olunub
Multimedia
25 İyun , 2016 18:05
Bakıda Gənclər Festivalı keçirilib - FOTO

Bakı. 25 iyun. REPORT.AZ/ Bu gün 8 km qəsəbəsində yerləşən "Bakcell Arena"da "IB Club" Gənclərin İnkişaf Mərkəzi və "Neftçi" Peşəkar Futbol Klubunun təşkilatçılığı ilə gənclər festivalı baş tutub.

"Report"un məlumatına görə, "Greencard Azerbaijan"ın baş sponsorluğu ilə keçirilən festivalın keçirilməsində məqsəd gənclərin bir gün ərzində əylənərək öyrənə biləcəkləri unudulmaz bir günü yaşatmaqdan ibarət olub.

Festivalda ölkənin tanınmış şəxslərin çıxışları olub, populyar müğənnilərin ifası səsləndirilib. "Gənclər dalğası" adlı flaşmoba şahidlik edən gənclər daha sonra birlikdə dj-lərin təqdimatında müxtəlif musiqilər dinləyib. 

Həmçinin stadion ətrafı boyunca müxtəlif oyunlar da təşkil olunub, şirkətlər tərəfindən gənclərə müxtəlif suvenirlər hədiyyə olunub. 

11001 gəncin iştirakını hədəfləyən festyivala biletləri əldə etmək üçün gənclər sayta daxil olaraq qeydiyyatdan keçiblər.

Qeyd edək ki, artıq 1 ilə yaxın müddətdir davam edən “Neftçi” PFK və “IB Club” əməkdaşlığının əsas məqsədi ölkənin intellektual gənclərinin futbola marağını artırmaq, onların stadionlarda azarkeş mədəniyyətinin formalaşdırmasına dəstək olmaq, eyni zamanda hər iki tərəfin uzun müddətdir formalaşmış təşkilatçılıq təcrübəsi ilə yeni layihə və proqramları gənclərə təklif etməklə gənclərə faydalı olmaqdır.

Son xəbərlər

Orphus sistemi