Bakıda əks yola çıxan avtobus qəzadan son anda qurtuldu - VİDEO

Bakıda əks yola çıxan avtobus qəzadan son anda qurtuldu - VİDEO Bakıda qaydaları pozan avtobus sürücüsünün görüntüləri sosial şəbəkələrdə paylaşılıb.
Multimedia
18 Dekabr , 2019 15:30
Bakıda əks yola çıxan avtobus qəzadan son anda qurtuldu - VİDEO

Bakıda qaydaları pozan avtobus sürücüsünün görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

"Report" xəbər verir ki, 10 TG 364 dövlət qeydiyyat nişanlı, 165 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü Hüseynbala Əliyev küçəsində qoşa xəttin tələblərini pozaraq əks istiqamətdə hərəkətini davam etdirib.

Sürücü qarşıdan gələn nəqliyyat vasitələri ilə toqquşmadan son anda xilas olub. Öz zolağı ilə hərəkətdə olan “Ford Transit” və “London taksi”si hərəkət istiqamətini dəyişərək qəzanın baş verməsinin qarşısını alıblar.

Avtobusun sürücüsü isə işıqforda yenidən öz zolağına qayıtmaq üçün digər nəqliyyat vasitələrinin önünə çıxıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tələblərinə görə sürücü barəsində 100 manat və 4 cərimə balı nəzərdə tutulur.

Sürücünün sərnişinlərin həyatını təhlükəyə atmasını da nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi də müvafiq araşdırma aparmalıdır.

Son xəbərlər

Orphus sistemi