Bakıda Dövlət Bayrağı Günü münasibətilə klassik avtomobillərin paradı keçirilib - FOTOREPORTAJ

Bakıda Dövlət Bayrağı Günü münasibətilə klassik avtomobillərin paradı keçirilib - FOTOREPORTAJ Arzu Əliyeva da tədbirdə iştirak edib
Multimedia
9 Noyabr , 2016 14:05
Bakıda Dövlət Bayrağı Günü münasibətilə klassik avtomobillərin paradı keçirilib - FOTOREPORTAJ

Bakı. 9 noyabr. REPORT.AZ/ Azərbaycan Avtomobil Federasiyası (AAF) Dövlət Bayrağı Günü münasibətilə klassik avtomobillərin paradını və sərgisini təşkil edib.

“Report”un məlumatına görə, Heydər Əliyev Mərkəzinin qarşısından start götürən və Dövlət Bayrağı Meydanınadək davam edən yürüşdə Arzu Əliyeva və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, eləcə də klassik avtomobil həvəskarları iştirak ediblər.

Paradda 70-dən artıq klassik avtomobil iştirak edib. Tədbirə klassik avtomobil sahibi olan şəxslər də qoşulub. Klassik avtomobil həvəskarları AAF-ın çağırışına qoşularaq Dövlət Bayrağı Gününə həsr olunmuş yürüşdə iştirak ediblər.

Qeyd edək ki, AAF klassik avtomobil sahiblərini parada iştirakçı kimi dəvət edib. 1980-ci ilədək istehsal olunan klassik avtomobillərin sahibləri noyabrın 8-dək qeydiyyatdan keçiblər. 

Azərbaycanın dövlət bayraqları ilə bəzədilmiş klassik avtomobillər paytaxt küçələri ilə yürüş edərək sakinlərdə coşqu yaradıb, bayram ovqatını artırıblar. Yürüş Dövlət Bayraq Meydanında başa çatıb.

Paradın davamı olaraq, Dövlət Bayrağı Meydanında klassik avtomobillərin sərgisi keçirilib. Paytaxt sakinləri və qonaqlar nadir eksponatlarla tanış olublar.

Bugünkü paradda ölkəmizdə vaxtilə istifadə olunmuş avtomobillər, həmçinin xarici avtomobillər iştirak edib. Ən köhnə avtomobil 1949-cu ilin istehsalıdır.

Son xəbərlər

Orphus sistemi