Yuxarı
    Bağlamaq

    Bakı-Şamaxı-Yevlax magistralında nəqliyyatın hərəkəti məhdudlaşıb - VİDEO

    Yolların buz bağlaması sürücüləri çətin duruma salıb

    Şamaxı. 23 noyabr. REPORT.AZ/ Bu gün səhər saatlarından yağan qar və havanın temperaturunun aşağı düşməsi səbəbindən Bakı-Şamaxı-Yevlax magistralında nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

    "Report"un Şirvan bürosunun məlumatına görə, magistralın 38, 40 və 48-ci kilometrliyində nəqliyyatın hərəkəti məhdudlaşıb. 

    Belə ki, yağan qardan sonra, yolların buz bağlaması sürücüləri çətin duruma salıb. Daha çox çətinlik magistralın Abşeron rayonu Təzəkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları səhər saatlarından başlayaraq sözügedən ərazidə gücləndirilmiş iş rejiminə keçiblər. Bundan başqa, yolun qardan təmizlənməsi üçün Yol İstismar İdarəsinin texnika və canlı qüvvəsi əraziyə cəlb edilib. Magistral qar və buzdan qismən təmizlənib, nəqliyyatın hərəkəti bərpa olunub.

    Hazırda sözügedən ərazilərdə qar yağmaqda davam edir, havanın tempuraturu -4 dərəcədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi