Bakı sakinlərinin ziyarətinə çevriləcək yeni ünvan

Bakı sakinlərinin ziyarətinə çevriləcək yeni ünvan "Hacı Zeynalabdin Tağıyevin ayaqüstü heykəli, xeyriyyəçinin kresloda əyləşdiyi və karetadakı heykəlini hazırlamışdım.
Multimedia
18 Yanvar , 2022 18:17
Bakı sakinlərinin ziyarətinə çevriləcək yeni ünvan

"Hacı Zeynalabdin Tağıyevin ayaqüstü heykəli, xeyriyyəçinin kresloda əyləşdiyi və karetadakı heykəlini hazırlamışdım. Münsiflər tərəfindən ayaqüstə olan heykəli təsdiqləndi. Abidə olaraq şəhərə daha çox yaraşırdı".

Bu fikirləri "Report"a açıqlamasında Xalq rəssamı Xanlar Əhmədov deyib.

O bildirib ki, daha əvvəl iki ay müddətinə Hacı Zeynalabdin Tağıyevin birmetrlik modelini hazırlayıb: "Həmin vaxt pandemiya oldu, daha sonra isə Vətən müharibəsi başladı. Buna görə də heykəlin qoyulması bu günə təsadüf etdi".

Xalq rəssamının sözlərinə görə, heykəl 2 metr 30 sm ölçüdə, tunc və bürünc qarışığından hazırlanıb: "Hacı Zeynalabdin Tağıyev millətin atası kimi şəxsiyyətli bir insan idi. O, xalqın içində "qaynayıb-qarışsa" daha yaxşı olar deyə düşündük”.

Paytaxt sakini Südabə Səfixanova isə deyib ki, heykəlin metronun “İçərişəhər” stansiyasının qarşısında ucaldılması böyük rəğbətlə qarşılanıb: "Mütəmadi olaraq bu yolu gedib-gəlirəm. Hər dəfə bu mənzərəni görmək çox xoş olacaq. Bu həmçinin gənclərimizə də bir örnəkdir ki, Hacı Zeynalabdin Tağıyevin simasında digər xeyriyyəçilərimizi də tanıyacaqlar”.

Qeyd edək ki, yanvarın 18-də Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib. Abidə metronun “İçərişəhər” stansiyasının qarşısında, İstiqlaliyyət küçəsində yerləşir.

Operator: Vüqar Xanlarov

Montajçı: Məhəmməd Ağayev

Son xəbərlər

Orphus sistemi