Bu gün Beynəlxalq Muzeylər Günü münasibətlə “Açıq qapı” günü keçirilib.
“Report”un əməkdaşı yazıçı, dramaturq Abdula Şaiqin ev muzeyinə baş çəkib.
Muzeyin direktoru Ülkər Talıbzadə bildirib ki, bu gün səhər saat 10-dan etibarən mədəniyyət ocağına üz tutanların sayı ikiqat artıb: “Ziyarətçiləri Abdulla Şaiqin mənzil-muzeyini gəzdirir, onun həyat və yaradıcılığı ilə tanış edirik”.
Muzeyi ziyarətə gələn gənc Kəklik Məmmədova isə deyib ki, ilk dəfədir Abdulla Şaiqin ev muzeyini ziyarət edir: “Muzeyləri gəzməyi hər zaman çox sevmişəm. “Açıq qapı” günü olduğunu öyrəndim, vaxt itirmədən muzeylərə üz tutdum. İstiqlal muzeyi və Cəlil Məmmədquluzadənin ev muzeyinə də getməyi planlaşdırıram”.
Digər muzey ziyarətçisi isə burada olmaqdan olduqca məmnun olduğunu bildirib: “Şairin əlyazmaları və şəxsi əşyaları ilə yaxından tanış oldum”.
Qeyd edək ki, Abdullah Şaiqin ev muzeyi 1905-ci ildə qurulub, dörd otaqdan ibarətdir. Birinci otaqda yazıçının öz kitabları və onun dünya ədəbiyyatından tərcümələri nümayiş olunur. Qonaq otağında ailənin portretləri asılır: Yusif Ziya Talıbzadə (böyük qardaşı), həyat yoldaşı Şahzadə xanım. Yazıçı və oğlu Kamalın təsvir etdiyi bir xalça da var. Üçüncü otaqda ən çox pedaqoji fəaliyyət və uşaq dramına aid əsərləri sərgilənir. Dördüncü otaqda (əvvəllər Abdulla Şaiqin ofisi idi) çoxlu sayda şəxsi əşyaları toplanıb. Burada ən qiymətli eksponat yazıçının ömrünün sonuna qədər dəyişmədiyi masadır. Ümumilikdə, muzey dörd otaqda 4 000-dən çox eksponata malikdir.