Bakı metrosunda dünya şöhrətli əsərlər - FOTO

Bakı metrosunda dünya şöhrətli əsərlər - FOTO Rəsmlər 6 ay sərgilənəcək
Multimedia
15 Oktyabr , 2015 15:37
Bakı metrosunda dünya şöhrətli əsərlər - FOTO

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bu gün “Bakı Metropoliteni” QSC-nin təşkilatçılığı ilə “Metro Gallery” layihəsi çərçivəsində növbəti fotosərginin açılışı olub.

"Report" xəbər verir ki, sayca üçüncü olan bu sərgi metronun “Nərimanov” stansiyasında təşkil edilib. Budəfəki sosialyönümlü tədbirdə dünyanın ən məşhur rəssamlarının xüsusi şöhrət qazanmış əsərləri sərgilənib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, bu, Azərbaycanda təşkil olunan ilk belə sərgidir: "Bu gün ümumilikdə 85 əsər nümayiş olunub. Onların 15 ədədi həmin rəssamların portretləridir, 70 ədədi isə rəssamların rəsm əsərləridir. Hər bir rəsmin kənarında onun haqda məlumat yerləşdirilib. Bu sosial tədbirin məqsədi istər Bakı sakinləri, istərsə də şəhərimizə gələn qonaqları həm maarifləndirmək, həm də gözoxşayacaq mənzərə yaratmaqdır".

Qeyd edək ki, sərgi 2016-cı ilin aprelin 15-nə kimi davam edəcək. Sərgidə İeronim Bosx, Karl Pavloviç Brüllov, Vinsent van Qoq, Sandro Bottiçelli, Leonardo da Vinçi, Edvard Munk, Rembrandt, Pyer Oqüst Renuar, Qustav Klimt, Rafael, İvan Şişkin, Konstantin Savitski, Fransisko Qoyya və digər məşhur rəssamların əsərləri təqdim olunub.

"Bakı Metropoliteni" QSC ilk dəfə olaraq rəsmlər haqda məlumat əldə etmək üçün QR-koddan (sürətli cavab) sistemini tətbiq edib. Belə ki, bu kod vasitəsilə istənilən rəsm haqda internet vasitəsilə Bakı Metropoliteninin saytına daxil olaraq dərhal üç dildə məlumat əldə etmək mümkündür. 

Son xəbərlər

Orphus sistemi