Nazirlər Kabinetinin qərarına əsasən, mayın 31-i saat 06:00-dan etibarən Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa olunur. Artıq işlər demək olar ki, yekunlaşıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədovun sözlərinə görə, sərnişinlər Bakı metropoliteni stansiyalarının ərazisində və qatarlarda tibbi maska taxmalı və sosial məsafə gözləməlidirlər. Tibbi maskadan düzgün istifadə etməyən sərnişinlər qanunvericiliyə müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunacaqlar.
"Report" videomaterialı təqdim edir:
Operator: Ehtiram Cəbiyev