Bakı Dövlət Sirkinin payız proqramı - FOTOREPORTAJ

Bakı Dövlət Sirkinin payız proqramı - FOTOREPORTAJ Nömrələrdə it, poni, öküz, dəvə, pələng və s. kimi əhlilləşdirilmiş heyvanlar təqdim edilib
Multimedia
28 Noyabr , 2016 11:54
Bakı Dövlət Sirkinin payız proqramı - FOTOREPORTAJ

Bakı. 28 noyabr. REPORT.AZ/ Bakı Dövlət Sirkinin bir ay davam edən “İntersirk-3” payız proqramı sona çatıb.

“Report” xəbər verir ki, proqramda Çili, Rusiya, İtaliya, Belarus, Qvatemala və Ukraynanın dünya şöhrətli sirk ustaları yer alıb, çoxsaylı nömrələr təqdim edilib.

Yeni payız proqramında qeyri-adi illüziya, hava gimnastları, jonqlyor, akrobatlar, transformasiya, şən kloun və s. nömrələr tamaşaçılara təqdim olunub. Bu mövsüm təqdim olunan nömrələrdə it, poni, öküz, dəvə, pələng və s. kimi əhlilləşdirilmiş heyvanlarla da rəngarəng nömrələr təqdim edilib.

Qeyd edək ki, proqramda eyni zamanda həmvətənlərimizin - Rusiyanın xalq artisti Rafiq Əliyevin akrobatlar komandası və təlimçi Ələkbər Nəsirovun “ispan” attraksionu da nümayiş olunub.

Müxbir: Aynur Osmanqızı

Son xəbərlər

Orphus sistemi