Yuxarı

Mədəniyyət və Sənətkarlıq üzrə Peşə Təhsil Mərkəzindən - VİDEOREPORTAJ

© Report

Bakı. 23 yanvar. REPORT.AZ/ Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2016-cı ildə 15 nömrəli Bakı Peşə Liseyi, 5 nömrəli Bakı Peşə Məktəbivə 13 nömrəli Bakı Peşə Məktəbinin bazasında yaradılıb.

"Report" mərkəzdən videoreportajı təqdim edir.

Qeyd edək ki, mərkəz mədəniyyət və incəsənət sahəsi üzrə profilləşib. Əsasən kino, teatr, mədəniyyət və incəsənətin digər müvafiq bazasını peşəkar texniklərlə təmin etməyi qarşısına məqsəd qoyub. Burada 23 adda ixtisas tədris olunur. Bunlar içərisində kinomontaj, film, səs operatoru, işıq operatoru, video operator, kostyum ustası və s. ixtisaslar da var.

Eyni zamanda bu ixtisaslara uyğun olaraq məktəbin maddi-texniki bazası hərtərəfli təmin olunub. İlk dəfə peşə təhsil müəssisələrində təhsil alan şəxslərə tələbə statusu verilir. Məktəbə qəbul olanlar burada 6 ay, 1 il, 2 il, 3 il və ya 4 il müddətinə təhsil alırlar.

Video: Rəşad Tuncay

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi