​Bakı aeroportunda taksilərin nizamsız parklanması tıxac yaradır - FOTOREPORTAJ

​Bakı aeroportunda taksilərin nizamsız parklanması tıxac yaradır - FOTOREPORTAJ Taksilərin nizamsız parklanması​ Heydər Əliyev Beynəlxalq Hava Limanının dayanacağında tıxaca səbəb olur
Multimedia
223
5 İyul , 2016 10:24
​Bakı aeroportunda taksilərin nizamsız parklanması tıxac yaradır - FOTOREPORTAJ

Bakı. 5 iyul. REPORT.AZ/ Heydər Əliyev Beynəlxalq Hava Limanının avtomobil dayanacağında taksi sürücülərinin avtomobillərini düzgün park etməməsi, yolun hərəkət hissəsində saxlaması süni sıxlığın və tıxacın yaranmasına səbəb olur.

"Report"un məlumatına görə, hava limanına gələn və orada fəaliyyət göstərən taksi sürücüləri münasib olmayan yerlərdə avtomobillərini saxlayırlar. Bu isə hava limanının dayanacağında maşın izdihamına və tıxaca səbəb olur. Bir-birinin ardınca nizamsız düzülən maşınlar əsas yolu da zəbt edir. Nəticədə, yol daralır, sıxlıq yaranır və avtomobil dayanacağına digər avtomobillərin və sərnişinlərin girişinə maneə yaranır.

Belə olan hal isə istər sürücülər, istərsə də piyadaların narazılığına səbəb olur.

Son xəbərlər

Orphus sistemi