Babək prospektində təmirin vaxtında başa çatmaması sürücülərdə narazılıq yaradıb - ARAŞDIRMA - VİDEO

Babək prospektində təmirin vaxtında başa çatmaması sürücülərdə narazılıq yaradıb - ARAŞDIRMA - VİDEO Bakı. 8 noyabr. REPORT.AZ/ Babək prospektində təmirə dayandırılan yol hələ də açılmayıb. Nəticədə həmin prospekt və ətraf ərazilərdə yaranan tıxac sürücülərin ciddi narazılığına səbəb olub.
Multimedia
8 Noyabr , 2018 18:08
Babək prospektində təmirin vaxtında başa çatmaması sürücülərdə narazılıq yaradıb - ARAŞDIRMA - VİDEO

Bakı. 8 noyabr. REPORT.AZ/ Babək prospektində təmirə dayandırılan yol hələ də açılmayıb. Nəticədə həmin prospekt və ətraf ərazilərdə yaranan tıxac sürücülərin ciddi narazılığına səbəb olub.

Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı “Report”a bildirib ki, həmin yoldakı təmirlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYA) verdiyi proqnozlar özünü doğrultmadı: “Təmir işlərini dedikləri vaxtda bitirə bilmədilər. İndi də həmin müddəti uzadıblar. Bu da haqlı olaraq insanların narazılığına səbəb olur. Çünki dedikləri vaxtla əməlləri üst-üstə düşmür. Babək prospektində işlər çox pərakəndə şəkildə həyata keçirilir. Orada müxtəlif podratçı şirkətlər iş görür. Onlar da bir-biri ilə yola getmədiyindən ortaya pis mənzərə çıxır. İki aydır orada asfalt qatı qaşınıb və mütəmadi olaraq yolu hansısa formada bağlayırlar. Bununla bağlı da sürücülər, demək olar ki, məlumatlandırılmır. Babək prospekti sanki işinə laqeyd yanaşan hansısa qrupun əlinə düşüb və işi istədikləri kimi görürlər”.

O qeyd edib ki, bu kimi təmir işləri qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməlidir: “Körpü səbəb deyilmədən mütəmadi şəkildə təmirə bağlanılır. İş icraçılarının üzərində hansısa məsuliyyət olmalıdır. Çünki şəhərin əsas prospektlərindən birini bu qədər uzun müddətə bağlı saxlamaq düzgün deyil. Buradan bir neçə vacib əhəmiyyətli yollara çıxışlar var”.

Aidiyyəti qurumların həmin prospekti tez-tez bağlı saxlamasına adi yanaşdıqlarını deyən ekspert əlavə edib ki, bu, düzgün deyil: “Həmin yoldan gün ərzində yüzlərlə sürücü istifadə edir. Odur ki, məsələyə qeyri-ciddi yanaşmaq düz deyil. İstərdim ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məsələyə ciddi yanaşsın. İnsanları aldatmaq olmaz. Körpüdə pərakəndə şəkildə təmir işləri aparılırdı. Hələ də kənar hissələrdə bəzi təmir işləri qalıb. Bir müddətdən sonra da görəcəyik ki, hələ də işlər öz həllini tapmayıb”.

E.Muradlı vurğulayıb ki, bu kimi təmir işlərinin uzadılması insanlara maddi və mənəvi zərər vurur.

Təmir işləri görülərkən sürücülərə alternativ yollar təqdim edilməsi üçün nə yol polisi, nə də Bak Nəqliyyat Agentliyi ilə hansısa məsləhətləşmələr aparılmır. Çünki alternativ yolların kənarında parklanmaya görə yollar daralır və maşın sıxlığı çox olur. Bu da nəqliyyat axınında haqlı problemlərə səbəb olur”.

Elməddin Muradlı

Nəqliyyat üzrə ekspert

   

Azərbaycan Avtomobil Yollari Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə “Report”a açıqlamasında bildirib ki, yaxın bir həftə, on gün ərzində Babək prospektinin əsas hissəsində işlər yekunlaşacaq.

Qurum rəsmisinin sözlərinə görə, hazırda Babək prospektində asfalt qatının döşənməsi ilə bağlı işlər aparılır. O əlavə edib ki, AADA prospektin qurulması işlərinə bu ilin əvvəlində başlayıb: "Sadəcə olaraq, orada kommunikasiya xətlərinin yenilənməsi bizim işimizi xeyli ləngitdi. Təqribən, bir ay yarıma orada kommunikasiya xətlərinin yenilənməsi və köçürülməsi başa çatdı. Bir həftəyə, on günə kimi Babək prospektinin əsas hissəsi - Ramstor yol qovşağından, Heydər Əliyev prospektinin kəsişməsi hissəsindən başlayaraq düz maşın bazarından körpüyə qədər olan hissədə işlərin bitməsi nəzərdə tutulur".

Bir həftəyə, on günə kimi Babək prospektinin əsas hissəsi - Ramstor yol qovşağından başlayaraq, Heydər Əliyev prospektinin kəsişməsi hissəsindən başlayaraq düz maşın bazarından körpüyə qədər olan hissədə işlərin bitməsi nəzərdə tutulur

Anar Nəcəfli

Руководитель пресс-службы Государственного агентства автомобильных дорог Азербайджана Анар Наджафли

Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə bildirib ki, BNA ümumi yollarda vəziyyətlə o cümlədən Babək prospekti ilə bağlı elektron tablolar vasitəsi ilə sürücüləri məlumatlandırır. Eyni zamanda müvafiq qurumlara bu barədə məlumat verir: "Biz yollarda hərəkətin təşkili, təmiri məsələsi ilə bağlı daimi olaraq AADA ilə, Dövlət Yol Polisi ilə də əməkdaşlıq edirik”.

Biz yollarda hərəkətin təşkili, təmiri məsələsi ilə bağlı daimi olaraq AADA ilə, Dövlət Yol Polisi ilə də əməkdaşlıq edirik

Mais Ağayev

Руководитель пресс-службы Бакинского транспортного агентства Маис Агаев

Samirə Abdullayeva, Aynur Bayramova

 

Son xəbərlər

Orphus sistemi