Yuxarı

Azərbaycanın qadın basketbolçuları "Bakı 2015"də ilk görüşünü keçirib - FOTOREPORTAJ

Avropa Oyunları Parkında baş tutan görüşdə qadın basketbolçularımız rəqibə ciddi müqavimət göstərə bilməyiblər

Bakı. 23 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarında qadınlar və kişilər arasında 3x3 basketbol yarışına start verilib. "Report"un məlumatına görə, Azərbaycanın qadınlardan ibarət milli komandası İsveçrə yığması ilə qarşılaşıb. 

Baş məşqçisi Tatyana Slojenitsina heyətdə Tatyana Deniskina, Renara Tiffani Reys, Aneyka Henri və Dina Ulyanovaya şans verib. Rəqib komandanın heyətində isə Sarah Kerşav, Marielle Giroud, Aleksia Rol və Dorote Studer meydana çıxıblar.

Saat 17:10-da Avropa Oyunları Parkında baş tutan görüşdə qadın basketbolçularımız rəqibə ciddi müqavimət göstərə bilməyiblər – 11:15.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında 3x3 basketbol yarışına iyunun 26-da yekun vurulacaq və 2 dəst medal öz sahibini tapacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi