Azərbaycanın mənzil bazarında son vəziyyət - VİDEO

Azərbaycanın mənzil bazarında son vəziyyət - VİDEO Ekspertin sözlərinə görə, yeni tikilən binalarda qiymətlərin artımı gözlənilir
Multimedia
21 May , 2021 16:59
Azərbaycanın mənzil bazarında son vəziyyət - VİDEO

Yay aylarında çoxmərtəbəli yaşayış binalarından fərqli olaraq, həyət evlərinə və torpaq sahələrinə tələbat daha çox artır. Bununla yanaşı, yayda tətillə əlaqədar olaraq şəhər sakinlərinin müvəqqəti rayonlara getməsi kirayə bazarında qiymətlərin aşağı düşməsinə səbəb olur.

"Report"un əməkdaşı ölkənin mənzil bazarında mövcud vəziyyətlə bağlı araşdırma aparıb.

Məlum olub ki, hazırda daşınmaz əmlak bazarında çoxmərtəbəli binalarda mənzil və bahalı villaların satışı əvvəlki illərə nisbətən aşağı düşüb. Buna səbəb kimi pandemiya dövründə iqtisadi durğunluğun, həmçinin xarici ölkələrlə sərhədlərin bağlı olmasının ölkənin daşınmaz əmlakına mənfi təsir göstərdiyi bildirilir.

Əmlak üzrə ekspert Elnur Fərzəliyev "Report"a bildirib ki, ötən il tikilən çoxmənzilli binaların sayı əvvəlki illərə nisbətən daha azdır. Onun sözlərinə görə, növbəti illərdə, xüsusən də, yeni tikilən binalarda qiymətlərin artımı gözlənilir. Ekspert həmçinin bildirib ki, növbəti illərdə tikintilərin sayı daha çox olacaq.

"Hazırda ölkəmizdə, xüsusilə də Bakı şəhərində istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan binaların sayı həddindən artıq olduğuna görə, bu binaların yaxın zamanda söküləcəyi və yerində yeni tikili binaların tikiləcəyi gözlənilir. Və bu səbəbdən növbəti illərdə kirayə bazarında qiymət artımı müşahidə olunacaq", - ekspert əlavə edib.

Videomaterialı təqdim edirik:

Operator : Ehtiram Cəbi, Mircavid Eminoğlu

Son xəbərlər

Orphus sistemi