Azərbaycanın bu kəndində hər ailənin öz qəbiristanlığı var - Buludlardan yuxarıda bir sözə görə başlayan savaş - VİDEOREPORTAJ

Azərbaycanın bu kəndində hər ailənin öz qəbiristanlığı var - Buludlardan yuxarıda bir sözə görə başlayan savaş - VİDEOREPORTAJ Bu kənddə hər ailənin öz qəbiristanlığı var - Buludlardan yuxarıda "aşağı" sözünə niyə qadağa qoyulub?
Multimedia
21 Sentyabr , 2024 13:33
Azərbaycanın bu kəndində hər ailənin öz qəbiristanlığı var - Buludlardan yuxarıda bir sözə görə başlayan savaş - VİDEOREPORTAJ

Qubada dumanlı dağların arasında çox az ailənin yaşadığı qədim tarixə malik Buduq adlı kənd var. Kəndə gedən yol çox narahat və təhlükəli olduğundan, oraya yalnız yolsuzluq avtomobilləri ilə getmək mümkündür. Təsəvvür edin, rayon mərkəzindən Buduq kəndinə getmək üçün 2 saatdan çox vaxt lazımdır.

Kənd ağsaqqallarını dediyinə görə, buradakı evlərin çoxu qəbiristanlığın üzərində tikilib, hər ailənin isə ayrıca qəbiristanlığı var. Odur ki, kəndin təxminən 26 hektara yaxın ərazisi qəbiristanlıqdan ibarətdir.

Deyilənə görə, vaxtı ilə Temuçin xanın oğlu Batının nəsli bu kənddə məskunlaşıb.

Kəndin həm də özünəməxsus dili var. 38 hərfdən ibarət olan buduq dilini demək olar, kənddə hər kəs bilir. Sakinlər dilləri unudulmasın deyə bu dili övladlarına da öyrədirlər.

Buduğun yaxınlığında isə Rük adlı başqa bir kənd yerləşir. Bu kəndlər Qubada “düşmən kəndlər” kimi tanınır. Hər iki məntəqənin sakinləri öz kəndlərinin daha yüksəkdə olduğunu iddia edirlər.

"Report"un əməkdaşları Buduq kəndinə baş çəkib, oranın tarixi, insanların həyat tərzi və kəndin bir günü ilə bağlı videoreportaj hazırlayıb.

Buduq kəndindən olan daha ətraflı videoreportajı təqdim edirik:

Video: Bəşir Əli

Son xəbərlər

Orphus sistemi