Salyan rayonunda səhər saatlarından başlayan ağacəkmə aksiyasında 2000-dən çox yerli sakin iştirak edib.
"Report"un Aran bürosu xəbər verir ki, aksiya ilk olaraq rayon incəsənət ustalarının çıxışı və musiqili proqramla başlayıb.
Rayonun mərkəzi hissəsi ilə yanaşı, müxtəlif qəsəbə və kəndlərdə 5000 ədəd müxtəlif növ ağac tingləri əkilib. Aksiya zamanı əkilən tinglərin dibləri bərkidilib və suvarılıb.
Yeni ağaclara hər həftə qulluq edilməsi qərara alınıb. Əkilən ağaclar arasında həm meşə cinsli, həm də meyvə ağacları var.
***
Tərtər rayonunda keçirilən aksiya çərçivəsində yerli sakinlər Tərtər-Bərdə, Tərtər-Hindarx, Tərtər-Şıxarx, Tərtər-Gəncə avtomobil yollarının kənarlarında, Tərtər şəhərində və rayonun kəndlərində 500 ədəd şam, 3000 ədəd göyrüc, 2500 ədəd akasiya, 2000ədəd iydə, 1000 ədəd çinar, 1000 ədəd sərv, yerli tingçilər tərəfindən isə 5 min ədəd müxtəlif növ meyvə ağacları əkiblər.
"Report"un Qarabağ Mərkəzi xəbər verir ki, aksiya zamanı ərazidə, ümumilikdə, 15 min ağac əkilib. Ağac əkilən ərazilərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib və suvarılması həyata keçirilib.
Əlavə olaraq, gün ərzində Çin Xalq Respublikasından baramaçılığın inkişafı məqsədi ilə gətirilən 30 min ədəd tut tinginin də əkilməsinə start verilib.
Tərtərlilər rayon mədəniyyət mərkəzinin özfəaliyyət kollektivinin hazırladıqları konsertin musiqi sədaları altında bayram əhval-ruhiyyəsi ilə ağacəkmə aksiyasını davam etdiriblər.
***
Bərdə rayonunda yerli sakinlər ağacəkmə aksiyasında böyük həvəslə iştirak ediblər.
"Report"un Qarabağ Mərkəzi xəbər verir ki, əvvəlcədən müəyyən olunmuş ərazilərdə, xüsusi ilə Yevlax-Bərdə avtomobil yolunun kənarında rayonun iqliminə uyğun 8500 ədəd müxtəlif növ ağac tingləri və baramaçılığın inkişafı üçün 30 min tut tingi əkilib.
Kütləvi aksiyada Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər və sadə vətəndaşlar iştirak ediblər. Əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib.
Bayram əhval-ruhiyyəsi ilə keçən tədbirdə rayonun incəsənət ustaları musiqi nömrələri ilə çıxış ediblər.
***
İsmayıllı rayonunda keçirilən ağacəkmə kampaniyasında idarə, müəssisə və təşkilatların kollektivləri, gənclər, yaşlı nəslin nümayəndələri səhər saatlarında əvvəlcədən təyin olunan ərazilərdə ağac əkiblər.
"Report"un Şirvan bürosu xəbər verir ki, İsmayıllı şəhərində yeni salınan Zəfər parkında yerli sakinlər xoş musiqi sədaları altında ağac tingləri əkiblər.
Şəhərin
Qəsəbə və kəndlərin ərazilərində də ayrılan xüsusi yerlərdə insanlar həvəslə çalışıblar. Qalıncaq, İvanovka, Qubaxəlilli və digər yerlərdə bu nəcib və xeyirxah aksiyada fəallıq göstərilib.
Daha çox yerli şərait üçün əlverişli olan müxtəlif növ ağac - qoz, fındıq, akasiya, göyrüş, şam tingləri əkilib.
***
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
"Report"un Şimal bürosu xəbər verir ki, Gəndov-Yalama yolunun kənarı boyunca Vəlvələçaydan Ağçayadək olan ərazidə, həmçinin şəhər ərazisində yerli iqlim şəraitinə uyğun müxtəlif növ ağac tingləri əkilib.
Aksiyaya rayon rəhbərliyi, bütün idarə, təşkilat və müəssisələrin əməkdaşları, eləcə də rayon ictimaiyyəti nümayəndələri könüllü olaraq qoşulub.
***
Quba rayonunda ağacəkmə kampaniyası keçirilib.
"Report"un Şimal bürosu xəbər verir ki, İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə qubalılar da böyük həvəslə qoşulub.
Rayonda 26 inzibati ərazi dairəsi üzrə ayrılmış ərazilərdə minlərlə ağac tingi əkilib.
Ağacların əkiləcəyi ərazilər əvvəlcədən şumlanıb, arxlar çəkilib, çalalar qazılıb və sahələrə gübrə verilərək əkinə hazırlanıb. Bu gün isə rayon sakinləri, eləcə də Quba rayon rəhbərliyi, bütün idarə, təşkilat və müəssisələrin əməkdaşları böyük coşqu ilə ağacəkmə kampaniyasını həyata keçiriblər.
***
Qax rayonunda ağacəkmə aksiyası keçirilib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü Qax rayon sakinləri tərəfindən də maraqla qarşılanıb.
Aksiyada Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, rayonun idarə, müəssisə, təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Aksiya çərçivəsində rayonun bütün yaşayış məntəqələrində, şəhərin küçə və prospektlərində, kənd yollarında və rayonlararası yolların kənarlarında, ümumilikdə, 20 mindən çox müxtəlif növ ağac tingləri əkilib.
***
Kürdəmir rayonunda dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü böyük razılıqla qarşılanıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, səhər saatlarından başlayaraq rayon ərazisində ağacəkmə kampaniyasına start verilib.
Kürdəmir rayonunda yerli sakinlər bu genişmiqyaslı kampaniyaya böyük həvəslə qoşulublar.
Yerli sakinlər əvvəlcədən müəyyən olunmuş ərazilərdə rayonun iqliminə uyğun 5 mindən çox ağac tinginin əkilməsində iştirak ediblər.
***
Zaqatala rayonunda yerli sakinlər ağacəkmə kampaniyasına böyük həvəslə qoşulublar.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, kampaniya çərçivəsində dekabrın 6-da keçirilən aksiya zamanı rayon ərazisində minlərlə ağac tingi əkilib.
Zaqatala şəhəri və rayonun 28 inzibati ərazi dairəsinə daxil olan yaşayış məntəqələrini əhatə edən aksiya bayram əhval-ruhiyyəsi ilə təşkil olunub.
Aksiya zamanı Zaqatala-Qax, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun kənarlarında, Zaqatala şəhərinin küçə, prospekt və parklarında, əsasən, akasiya, katalpa, ağcaqayın, qoz, şabalıd, həmçinin dekorativ ağaclar əkilib.
Gün ərzində davam edəcək aksiyada 2 minədək rayon sakini iştirak edir.
Qeyd edək ki, bu gün Azərbaycanda ağacəkmə kampaniyasına start verilib. Ağacların əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb. Xəritə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın bütün regionlarını əhatə edir. Ağacların böyük hissəsi magistral yolların kənarında əkilir. Ən çox bar verən nektar ağaclarının əkilməsinə üstünlük verilir. Ölkədə, ümumilikdə, 650 min ağac əkiləcək.
Xatırladaq ki, ağacəkmə aksiyasında məqsəd dahi şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılmasıdır.