Azərbaycanda milli rəqsləri öyrənmək istəyənlərin sayı artıb

Azərbaycanda milli rəqsləri öyrənmək istəyənlərin sayı artıb Azərbaycanda milli rəqsləri öyrənmək istəyənlərin sayı artıb
Multimedia
597
29 Aprel , 2022 15:21
Azərbaycanda milli rəqsləri öyrənmək istəyənlərin sayı artıb

Aprelin 29-u Beynəlxalq Rəqs Günüdür.

Rəqs günü 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis olunmuş bu əlamətdar tarix fransalı baletmeyster, balet nəzəriyyəçisi və islahatçısı Jan Jorj Noverrin (1727-1810) anadan olduğu gündə qeyd olunur. Günün təsis olunmasında məqsəd ictimaiyyətin diqqətini rəqs sənətinə cəlb etməkdir. Bu tarix ölkəmizdə də layiqincə qeyd olunur. Dünya rəqslər sırasında Azərbaycanın da milli rəqsləri yer alır. Bu sıraya “Azərbaycan”, “Heyvagülü”, “Uzundərə”, “Toy rəqsi”, “Turacı”, “Tərəkəmə”, “Cəngi”, “Şalaxo”, “İnnabı”, “Qızılgül”, “Qazağı”, “Qaytağı”, “Qoçəli”, “Lalə”, “Misri”, “Naznazı”, “Vağzalı”, “Yallı” və digərlərini misal gətirmək olar.

Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsinin dekanı, Əməkdar artist Sənan Hüseynli “Report”a açıqlamasında son 7-8 ili milli rəqsə dönüş adlandırıb.

Onun sözlərinə görə, yaşından asılı olmayaraq milli rəqslərimizi öyrənmək üçün müraciətlər artıb:

“Beynəlxalq tədbirlərdə ölkəmizi milli rəqslərimizlə təmsil edirik. Bununla yanaşı Azərbaycana gətirdiyim Latın Amerika rəqslərinə də maraq olduqca artmaqdadır".

S.Hüseynli bilirib ki, Bakı Xoreoqrafiya Akademiyası “Şuşa ili” çərçivəsində silsilə tədbirlərə hazırlaşır:

“Tələbələr arasında Azərbaycanın tarixi ilə bağlı viktorina keçirilməsi nəzərdə tutulur. Eyni zamanda yarışlara da hazırlaşırıq. Sənətşünaslıqla bağlı alimlərimizin çıxışları da nəzərdə tutulur. İlin sonuna kimi bir çox silsilə tədbirlərin keçirilməsi planlaşdırılır”.

Sənan Hüseynli
Sənan Hüseynli

Azərbaycanda ikiqat "Salsa" çempionu, “Latın Amerika” rəqslərini tədris edən müəllim Edqar Hüseynov bildirib ki, dünyanın dörd yanında bu rəqslə məşğul olan insanları tapmaq mümkündür:

“Latın Amerika” rəqsləri sosial rəqs növüdür. Bu rəqsin növlərindən olan “Salsa”, “Bachata” və “Kizombaya“ tələbat var. Hazırda üç qrupda bu rəqsləri tədris edirəm. Onlarla birlikdə müxtəlif tədbirlərdə, festivallarda çıxışlarımız olub. May ayında Türkiyədə keçiriləcək rəqs festivalına hazırlaşırıq. Demək olar ki, günün yarıdan çoxunu zalda oluruq, tələbələrim çox istehdadlıdır. İnanıram ki, ölkəmizi beynəlxalq festivallarda layiqincə təmsil edəcəyik".

Foto/Video: Vüqar Xanlarov

Montajçı: Səbuhi Məmmədov

Son xəbərlər

Orphus sistemi