Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevi ehtiramla anır - FOTOREPORTAJ

Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevi ehtiramla anır - FOTOREPORTAJ İctimaiyyət nümayəndələri, müxtəlif peşə sahibləri, sadə vətəndaşlar Fəxri xiyabana axışır
Multimedia
10 May , 2017 13:33
Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevi ehtiramla anır - FOTOREPORTAJ
Report.az

Bakı. 10 may. REPORT.AZ/ Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günüdür.

"Report" xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ictimaiyyət nümayəndələri, müxtəlif peşə sahibləri, sadə vətəndaşlar Fəxri xiyabana gələrək Ulu Öndərin xatirəsini ehtiramla anır, onun məzarı önünə gül dəstələri qoyurlar.

Xatırladaq ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn edilib.

Son xəbərlər

Orphus sistemi