Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovla vida mərasimi keçirilir.
İnsanlar O.Əsgərovun vaxtilə yaşadığı ünvana axın edir, şəhidə ehtiramlarını bildirir, cənazəsi üstünə tər güllər düzürlər.
“Report” vida mərasimindən fotoreportajı təqdim edir.
Qeyd edək ki, O.Əsgərovun cənazəsi yanvarın 29-da İrandan Azərbaycana gətirilib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.
Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.
Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.