Azərbaycan şahmatçıları Olimpiadada - FOTOREPORTAJ

Azərbaycan şahmatçıları Olimpiadada - FOTOREPORTAJ Yarışda Azərbaycan kişi və qadınlardan ibarət 6 komanda ilə mübarizə aparır
Multimedia
3 Sentyabr , 2016 10:34
Azərbaycan şahmatçıları Olimpiadada - FOTOREPORTAJ

Bakı. 3 sentyabr. REPORT.AZ/ Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasına start verilib.

"Report"un məlumatına görə, yarışda Azərbaycanın kişi və qadınlardan ibarət hərəyə 3 komandası mübarizə aparır.

Kişilərdən ibarət komanda üzvlərindən ilk ikisi Zimbabve və Mozambiklə, üçüncüsü Papua Yeni Qvineya ilə üz-üzə gəlib. Qadın milliləri isə Nikaraqua, Yaponiya və Lesotoya rəqib olublar. Azərbaycan komandalarının hamısı startda qalib gəlib. Azərbaycanın 3 komandası Lesoto ilə qarşılaşmada texniki qələbə qazanıb. 24 şahmatçıdan yalnız 2-si qalib gələ bilməyib. Bunlardan Vasif Durarbəyli partiyasında heç-heçə edib, Ülviyyə Fətəliyeva isə uduzub.

"Report" Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə istinadən ilk turdan fotoreportaj təqdim edir.

Son xəbərlər

Orphus sistemi