Xaçmaz. 14 noyabr. REPORT.AZ/ "Azərbaycan-Rusiya sərhədində yaranmış avtomobil sıxlığı aradan qaldırılıb".
Bunu "Report"un Şimal bürosuna açıqlamasında "Samur" buraxılış məntəqəsinin rəis müavini Cavid Nadirov bildirib.
Onun sözlərinə görə, gün ərzində 160-dan çox yük maşını heç bir maneə ilə üzləşmədən Rusiya Federasiyasına yola salınır: "Buna səbəb Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevin əraziyə gələrək problemi kökündən həll etməsidir. Bundan sonra Dağıstan Respublikası Federal Gömrük Xidmətinin rəisi Ruslan Yehyayev "Samur" Buraxılış Məntəqəsinə gələrək, Xaçmaz Gömrük İdarəsinin rəisi Azər Məmmədovla bu məsələlərlə bağlı söhbətlər aparıb və yaranan sıxlıq aradan qaldırılıb. İndi Rusiyanın Yaraq-Qazmalar gömrük-keçid məntəqəsində gücləndirilmiş iş rejiminə keçilib".
"Report" Samur Buraxılış Məntəqəsinə ezam olunan müxbirin hazırladığı videoreportajı təqdim edir.