"Nə vaxt "Döyüşə!" komandası verilsə biz torpağlarımızı erməni işğalından azad edəcəyik"
Tərtər. 4 may. REPORT.AZ/ "Düşmənə layiqli cavab verdik. Erməni əsgərləri öz mövqelərini tərk etdilər, silah-sürsatlarını atıb qaçdılar". Bunu "Report"un Qarabağ bürosunun müxbirinə Azərbycan ordusunun kapitanı Mirdamət Bağıyev bildirib.
Aprelin əvvəlində cəbhə xəttində baş verən hadisələr zamanı Ermənistan hərbi birləşmələrinin xeyli sayda texnikası və canlı qüvvəsini məhv edən M.Bağıyev vurğulayıb ki, Azərbyacan ordusu erməni təxribatının qarşısını almaqla yanaşı, işğalda olan strateji mövqeləri və yüksəklikləri də azad ediblər: "Ermənilər Azərbycan ordusunun gücünü gördü. Biz irəlilədik, lazım olan yüksəkliklərdə və mövqelərdə möhkəmləndik. Ali Baş Komandanın əmrini gözləyirik, nə vaxt "Döyüşə!" komandası verilsə biz torpağlarımızı erməni işğalından azad edəcəyik".
"Report" cəbhə xəttində döyüşən hərbçilərlə bağlı videoreportajı təqdim edir.