Yuxarı

​Azərbaycan idman ictimaiyyəti Bədən Tərbiyəsi və İdman Gününü qeyd edib - FOTO

Tədbir iştirakçıları dənizkənarı parkda olublar

Bakı. 5 mart. REPORT.AZ/ Bu gün Azərbaycan idman ictimaiyyəti 5 mart - Bədən Tərbiyəsi və İdman Gününü qeyd edib. "Report"un məlumatına görə, bayramla əlaqədar gənclər və idman naziri Azad Rəhimov və qurumun rəsmi şəxsləri, AFFA nümayəndələri, Azərbaycan Cüdo Federasiyası, Azərbaycan Qılıncoynatma Federasiyası və Azərbaycan Karate Federasiyanın rəsmiləri, həmçinin idman ictimaiyyətinin digər nümayəndələri Dənizkənarı Milli Parkda təşkil olunan yarışlara tamaşa ediblər.

Qonaqlar yol boyu davam edən cüdo, şahmat, dama, qılıncoynatma, boks və karate yarışlarını izləyiblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi