​Ayını öldürən Oğuz sakini: “Öldürməsəydim, uşaqları parçalayacaqdı” - VİDEOREPORTAJ

​Ayını öldürən Oğuz sakini: “Öldürməsəydim, uşaqları parçalayacaqdı” - VİDEOREPORTAJ "Bağçada təhlükəli anlar yaşansa da, heç bir hadisə baş verməyib"
Multimedia
27 May , 2016 17:25
​Ayını öldürən Oğuz sakini: “Öldürməsəydim, uşaqları parçalayacaqdı” - VİDEOREPORTAJ

Oğuz. 27 may. REPORT.AZ/ “Uşaqlara yaxınlaşan anda ayını güllələdim”. Bunu “Report”un Şimal-Qərb bürosunun müxbirinə ötən gün Oğuz rayonunun Xalxal kəndinə hücum edən ayını zərərsizləşdirmiş kənd sakini Hafiz Şükürov deyib. 

O bildirib ki, ayını Körpələr evinin həyətində uşaqlara yaxınlaşan anda vurub: “Mən ayını öldürməsəydim, bağçanın həyətinə girib uşaqları parçalayacaqdı. Əvvəl müxtəlif yollarla çalışdıq ki, ayını kəndin ərazisindən uzaqlaşdıraq. Lakin ac heyvan daha da aqressivləşib, sakinlərə hücum etməyə başladı. Ayı məndən 20 metrdən çox aralıda və artıq uşaqlara yaxınlaşırdı. Başqa əlacım yox idi - ya mən ayını vurmalıydım, ya da ayı uşaqları parçalayacaqdı. Hətta mən fikirləşmişdim ki, əgər ayını vura bilməsəm, o, daha da aqressivləşib uşaqlara hücüm çəkəcək”.

Qax rayonu Xalxal kənd Körpələr evinin müdiri Zərniyar Nəsibova “Report”a bildirib ki, bağçada təhlükəli anlar yaşansa da, heç bir hadisə baş verməyib: “Həmin vaxt bağçada 27 uşaq var idi. Hamımız çox qorxduq. Ayı artıq çayı keçib bağçanın həyətinə girirdi. Yaxşı ki, Hafiz cəsarət edib, ayını vaxtında zərərsizləşdirə bildi”. 

Xatırladaq ki, ötən gün Oğuzun Xalxal kəndinə ayı hücum edib. Sakinləri qorxuya salan yırtıcı heyvan kənd ərazisində mal-qaraya və "Mercedes" markalı avtomobilə ziyan vurub. Kənd sakini Hafiz Şükürov odlu silahla ayını öldürüb.

Son xəbərlər

Orphus sistemi