Bakıda güclü külək fəsadlar yaratdı - VİDEO

Bakıda güclü külək fəsadlar yaratdı - VİDEO Ötən gün güclü külək Bakıda bir sıra fəsadlar yaradıb.
Multimedia
7 Fevral , 2020 11:13
Bakıda güclü külək fəsadlar yaratdı - VİDEO

Ötən gün güclü külək Bakıda bir sıra fəsadlar yaradıb.

“Report” xəbər verir ki, paytaxtın “Papanin” deyilən ərazisində külək səbəbindən çoxmərtəbəli binanın damından avtomobilin üzərinə çən düşüb. 

Xoşbəxtlikdən xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Digər bir hadisə isə Biləcəridə 297 saylı məktəbin qarşısında axşam saatlarında baş verib. Belə ki, külək nəticəsində ağac aşaraq yolun hərəkət hissəsinə düşüb. Ağac aşarkən elektrik xətlərinə də ziyan vurub ki, ərazi bir neçə saat işıqsız qalıb. 

Hər iki hadisə ilə bağlı foto və videonu təqdim edirik.


Son xəbərlər

Orphus sistemi