Yuxarı
    Bağlamaq

    ​Astarada itkin düşən və həlak olan neftçilərin xatirəsi anılıb - FOTOREPORTAJ

    Anım mərasimi gün ərzində davam edəcək

    Bakı. 8 dekabr. REPORT.AZ/ Astara royununda “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən yanğın nəticəsində həlak olan və itkin düşənlərin xatirəsi anılıb.
    "Report"un məlumatına görə, rayonun bir qrup gəncinin təşkil etdiyi aksiyada dənizin sahilinə qərənfillər düzülüb. Astara şəhərinin park-bulvar ərazisində səhər saat 10:00-dan başlayan anım mərasimi gün ərzində davam edəcək.
    Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 7 nəfər neftçinin cəsədi aidiyyəti üzrə təhvil verilib, 23 nəfərin axtarışı davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi