“ASAN xidmət”ə yeni xarici könüllülər gələcək

“ASAN xidmət”ə yeni xarici könüllülər gələcək Bakı. 23 iyul. REPORT.AZ/ “ASAN xidmət” mərkəzlərində əcnəbi könüllülər fəaliyyətə başlayıb.
Multimedia
23 İyul , 2018 15:45
“ASAN xidmət”ə yeni xarici könüllülər gələcək
Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 23 iyul. REPORT.AZ/ “ASAN xidmət” mərkəzlərində əcnəbi könüllülər fəaliyyətə başlayıb.

“Report”un xəbərinə görə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli jurnalistlərə açıqlamasında bildirib ki, Serbiya, Niderland, Pakistan, Çin və Hindistandan gələn 9 gənc iyulun 19-dan “ASAN xidmət” mərkəzlərində  könüllülük fəaliyyətinə başlayıblar: “Əcnəbi könüllülər avqust ayının 3-dək dövlət xidmətlərinin göstərilməsi üzrə könüllü fəaliyyətini davam etdirəcək. Onlar ekoloji istiqamətdə müxtəlif təlim, layihə və eksursiyalarda iştirak edəcəklər, proqram çərçivəsində Azərbaycanın görməli yerləri ilə tanış olacaqlar. Bu layihənin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur”.

Sektor müdirinin sözlərinə görə, əcnəbilərin könüllülük fəaliyyəti ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” təşəbbüsü və AİSEC-in Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə ekoloji istiqamətdə “Create your eden” layihəsi çərçivəsində keçirilir: “Bu layihənin məqsədi ASAN xidmət təcrübəsini digər ölkələrdən olan şəxslərə öyrətməkdir".

Böyük Britaniyadan Azərbaycana gələn 17 yaşlı Nina Trugenza bir neçə gündür ki, ASAN xidmətdə könüllü kimi vətəndaşlara xidmət göstərir. O bildirib ki, burada hamı çox yardımsevərdir, gəldikləri gündən hər kəs onlara yardım etməyə çalışır: “Ölkəmə qayıdandan sonra öz təcrübəmi dostlarımla mütləq bölüşəcəm. Bu təcrübədən onların da yararlanmasını tövsiyə edəcəm”.

N.Trugenza bildirib ki, belə mərkəzləşmiş qurum onun ölkəsində yoxdur.

Serbiyalı 21 yaşlı Enna Rabriyanoviç ikinci kurs tələbəsidir. O bildirib ki, ona Azərbaycan haqqında dostunun anası məlumat verib. Azərbaycanla ilk tanışlığı isə Erovision yarışmasının Azərbaycanda keçirildiyi vaxt olub: “ASAN xidmətdəkı işlər mənim ölkəmdə də müvafiq  aparılır, amma fərq ondadır ki, burada çox surətli və effektiv həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi