Anım Günü - II Şəhidlər xiyabanına insan axını davam edir

Anım Günü - II Şəhidlər xiyabanına insan axını davam edir Anım Günü ilə əlaqədar II Şəhidlər xiyabanına insan axını davam edir.
Multimedia
27 Sentyabr , 2022 14:00
Anım Günü -  II Şəhidlər xiyabanına insan axını davam edir

Anım Günü ilə əlaqədar II Şəhidlər xiyabanına insan axını davam edir.

"Report"un xəbərinə görə, ictimaiyyət nümayəndələri, vəzifəli şəxslər, şəhid ailələri II Şəhidlər xiyabanını ziyarət edirlər.

Böyük insan izdihamı ilə müşahidə olunan ziyarət zamanı Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilir, onların ruhuna dualar oxunur.

Qeyd edək ki, bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür. Anım Günü ilə əlaqədar olaraq bu gün səhər saatlarından etibarən ölkə üzrə Azərbaycan şəhidləri yad edilir.

Azərbaycan xalqı şəhidlərimizin dəfn olunduqları məkanları ziyarət edirlər.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd edilir.

Son xəbərlər

Orphus sistemi