Ağla, qərənfil, ağla... - FOTOREPORTAJ

Ağla, qərənfil, ağla... - FOTOREPORTAJ Səhər saatlarından etibarən on minlərlə insan Şəhidlər Xiyabanına üz tutub
Multimedia
20 Yanvar , 2016 15:24
Ağla, qərənfil, ağla... - FOTOREPORTAJ

Bakı. 20 yanvar. REPORT.AZ/ Bu gün səhər saatlarından etibarən on minlərlə insan Şəhidlər Xiyabanına üz tutaraq, Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçən şəhidlərin məzarlarını ziyarət edirlər. "Report"un məlumatına görə, dövlət rəsmiləri, müəllimlər, şagird və tələbələr, məktəbəqədər tərbiyə müəssisələrinin uşaqları, tərbiyəçilər, hərbçilər, tibb işçiləri, həmçinin digər sahələrdə çalışan insanlar şəhidlərin məzarına gül dəstələri düzüb, onların ruhuna rəhmət oxuyublar.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı hadisələrdən 26 il ötür. 26 il bundan əvvəl Azadlıq meydanına və paytaxtın bir sıra küçələrinə yeridilən Sovet qoşunları öz silahlarını, ağır texnikasını dinc sakinlərə, əliyalın istiqlalsevərlərə qarşı yönəldərək Bakıda qırğınlar törədib.

Son xəbərlər

Orphus sistemi