Azərbaycan torpaqları işğal dövründə bir çox mədəni irs erməni vandaliziminə məruz qalıb. Düşmən 30 il ərzində tarixi-dini abidlərimizi yandıraraq məhv edib.
"Report"un əməkdaşı İsmayıl Nəsibli Ağdam rayonuna səfər edib, şəhərin mərkəzində yerləşən mədəni irs obyektləri ilə yaxından tanış olub.
Səfər çərçivəsində Ağdam ərazisindəki Cümə məscidi, Çörək muzeyi, inzibati bina, Şahmat evi, Dram Teatrı, Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi, Qiyaslı kəndindəki məscid, Şahbulaq qalasına baxış keçirilib.
Məlumata görə, Ağdam rayonu ərazisində qeydiyyatda olan 134 tarix mədəniyyət abidəsi var. Həmin abidələrin 75-i işğal zonasındadır.
Qeyd edək ki, səfəri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti təşkil edib.
Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov səfərdə iştirak edib.
Video: Vüqar Xanlarov
Montaj: Rəvan Novruzov