Yuxarı

Ağdamda ermənilərin endirdiyi artilleriya zərbələri nəticəsində yaralanan şəxslərdən ikisinin vəziyyəti ağırdır - FOTO - VİDEO

Baş həkimin müavini: Digər yaralılardan 3-ü Bərdə Rayon Mərkəzi Xəstəxanasına, 1 nəfər isə Hərbi Hospitala köçürülüb

Bakı. 28 aprel. REPORT.AZ/ Ağdam rayonunda ermənilərin endirdiyi artilleriya zərbələri nəticəsində qəlpə yarası alan Azərbaycanın mülki vətəndaşlarından ikisinin vəziyyəti ağır olaraq qalır.

Bu barədə "Report"a açıqlamasında Ağdam Rayon Mərkəzi Xəstəxanası baş həkiminin müavini Qara Qasımov məlumat verib.

O bildirib ki, digər yaralılardan 3-ü Bərdə Rayon Mərkəzi Xəstəxanasına, 1 nəfər isə Hərbi Hospitala köçürülüb: "Yaralılar Hüseynov Əli Müseyib oğlu və Məmmədov Elnur Polo oğlunun vəziyyəti ağırdır, hazırda xəstəxananın reanimasiya şöbəsində onların müalicələri davam edir".  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi