“30 ildir mina zədəsindən ayrıla bilmirəm” - VİDEO

“30 ildir mina zədəsindən ayrıla bilmirəm” - VİDEO "Mən özüm də mina əleyhinə kampaniyalarda iştirak etmişəm"
Multimedia
174
30 Mart , 2021 17:11
“30 ildir mina zədəsindən ayrıla bilmirəm” - VİDEO
Məmmədhəsən Həsənov

“Birinci Qarabağ müharibəsində minaya düşdüm. Erməni harada bir iz görürdüsə, ora bir mina basdırırdı. 30 ildir mina zədəsindən ayrıla bilmirəm”.

1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı minaya düşən Məmmədhəsən Həsənov “Report”a belə deyib.

Birinci Qarabağ müharibəsinin iştirakçısı qeyd edib ki, minadan aldığı zədə həyatını dəyişib:

“Mən özüm də mina əleyhinə kampaniyalarda iştirak etmişəm. Azad edilmiş ərazilər minalardan təmizlənməlidir. Ermənilər isə bizə yerə basdırılmış minaların xəritəsini təqdim etmirlər”.

M.Həsənov 1971-ci il Füzuli rayonunda anadan olub. Birinci Qarabağ müharibəsində bir ayağını itirib.

“Report” Qarabağ qazisi ilə videomüsahibəni təqdim edir:

Son xəbərlər

Orphus sistemi